Amerikanın XİN rəhbəri Con Kerri sabiq nazir Hillari Klintonun əsas düşmənlərindən biri sayılır. Bu barədə "The New York Daily News" məlumat dərc edib. Məlumatda bildirilir ki, Con Kerri Klintonun düşmən siyahısına 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra daxil olub.
6 il əvvəl Demokratlar arasında prezidentliyə namizədlik müzakirə olunan zaman məhz Con Kerrinin Barak Obamanı dəstəkləməsi Hillari Klintonun kənarda qalması ilə nəticələnib. Elə o vaxtdan Klinton Kerrini fevral ayında satışa çıxacaq "State Secrets and the Rebirth of Hillary Clinton" adlı (Dövlət sirri və Hillari Klintonla dirçəliş) kitabında xoşagəlməzlərin siyahısına salıb.
.