“2022-ci ildə Böyük Britaniyanın baş naziri olan Boris Conson ABŞ prezidenti Cozef Baydenin əmri ilə Rusiya və Ukrayna arasındakı danışıqları pozub”.

Bunu ABŞ-da prezidentliyə müstəqil namizəd Robert Kennedi deyib.

“2022-ci ilin aprelində Prezident Bayden Boris Consonu Ukraynaya göndərdi ki, prezident Volodimir Zelenskini Rusiya ilə artıq imzaladığı sülh müqaviləsini pozmağa məcbur etsin. Halbuki, bu saziş bölgəyə sülh gətirəcəkdi”, - siyasətçi Arizonadakı tərəfdarlarına deyib.

Qeyd edək ki, ABŞ-da prezidentliyə müstəqil namizəd Robert Kennedi mübarizədən çəkilib və Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəklədiyini açıqlayıb.

.