İntensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən fasiləsiz olaraq zəruri təhlükəsizlik tədbirləri görülür.

FHN-dən verilən məlumata görə, oktyabrın 22-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov su basmış ərazilərə gəlib.

Görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

.