
ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Britaniyanın “The Times” qəzetinin onun sözlərini təhrif etdiyini, Ukrayna ərazisinin bölünməsini nəzərdə tutmadığını bildirib.
Bu barədə o, öz “X” hesabında məlumat verib.
“The Times” qəzetinin yaydığı məqalədə dediklərim təhrif edilib. Mən Ukraynanın suverenliyini dəstəkləyən və atəşkəsdən sonrakı orada olacaq sülhməramlı qüvvələrdən danışırdım. Bölünməni haqqında danışarkən müttəfiqlərin məsul olduqları zonalardan danışırdım. Mən Ukraynanı bölmək niyyətində deyildim", - o deyib.
.