ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq 30 günlük tam atəşkəsin Rusiya – Ukrayna müharibəsinin başa çatmasının başlanğıcı olacağını bildirib.

Bu barədə diplomat sosial şəbəkədə yazıb.

“30 günlük hərtərəfli (hava, quru, dəniz, infrastruktur) atəşkəs İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük və ən uzun müharibənin sona çatması prosesini başladacaq”, – xüsusi elçi yazıb.

.