Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi planlaşdırılır.

Böyük Qayıdış Proqramı çərçivəsində ümumilikdə 8 peşə təhsil müəssisəsi tikilib istifadəyə veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub. Dövlət başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə yaradılan şərait barədə məlumat verib.

.