Argentinada keçmiş  nazir  Jose Lopez, paytaxt Buenos - Ayresdə bir monastrın bağında yerə  8.5 milyon dollar basdırmaq  istəyən zaman yaxalanıb.
 
Avropa.info xəbər verir ki, bir vətəndaşın  gecə saatlarında monastırın divarlarından  paketlər atdığını görməsi və  polisə məlumat verməsi səbəbindən  həbs olunan Lopezin maşınında dollar, avro, yapon yeni və Qətər rialından  ibarət 160 paketlə yanaşı  brilyantlar, bahalı saatlar və qanunsuz silahlar aşkar edilib.
 
Lopezin  polisə rüşvət təklif etməsinin və bu cəhdinin uğursuz olmasından sonra  pulları monastıra bağışlamaq üçün gətirdiyi , polis məmurlarının isə pulları oğurlamaq istədiyi də qeyd edilir.Keçmiş nazir özü isə polisə müqavimət göstərməyib və pulları monastıra bağışlamaq üçün gətirdiyini deyib.

Məsələylə bağlı açıqlama verən Argentina dövlət başçısı  Mauricio Macri  isə olayı biabırçılıq adlandırıb.
 
"Hamımız heyrət içindəyik . Dəyişirik və Argentinada kökünü kəsmək istədiyimiz bütün bu cür hadisələrin üzə çıxması  yaxşıdır" deyə Macri   qeyd edib.
.