Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilinən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri proseslərin məhkəmə istintaqı ilə keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini istəyib.

Elçin Quliyevin yeni vəkili Ziyad Abbaszadə vəsatət qaldıraraq, cinayət matereallarının çox olduğunu bildirib və işlə tanış olmadığını söyləyib. O, məhkəmədən vaxt istəyib.

E.Quliyev də vəkili ilə razı olduğnu deyib.

Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası fevralın 22-nə təyin edilib.
.