Bu gün Sabunçu Rayon Məhkəməsininin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən N.Alıyevlə bağlı olan ittiham aktı elan olunub.
O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Daha sonra Z.Məmmədovla bağlı olan hissə elan olunub.
Günün ikinci yarısında davam etdirilən prosesdə dövlət ittihaçmısı təqsirləndirilən Zaur Məmmədovla bağlı ittiham aktını elan olunması davam edib.
O, özünü təqsirli bilmədiyini söyləyib.
Proses martın 9-da davam etdiriləcək.
.
