Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində qafqazlılarla yerli sakinlər arasında kütləvi qarşıdurma olub. Ölkənin Daxili İşlər Nazirliyinin açıqladığı məlumatda bildirilir ki, 2013-cü il 30 dekabr tarixində qeydə alınan kütləvi qarşıdurmada 20 nəfər iştirak edib. Tərəflər əlbəyaxa dava zamanı beşbarmaq, gözyaşardıcı qaz və bıçağa əl atıblar.
Nəticədə iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qarşıdurmanın yaranmasına səbəb isə 1993 və 1995-ci il təvəllüdlü yerli sakinlər olub. Onlar Qafqaz mənşəli şəxslərə hücum edərək xəsarət yetiriblər və bundan sonra tərəflər arasında qarşıdurma yaranıb. Hazırda yerli polis kütləvi davanın yaranmasına səbəb olan iki tatarı və bir neçə şəxsi saxlayıb.


.