İsrail Litani çayına qədər Livanın cənubuna nəzarət edəcək.
“Ynet”in xəbərinə görə, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
O bildirib ki, İsrailin şimal hissəsində təhlükəsizlik təmin olunmayana qədər Livanın cənubundan təxliyə edilən 600 mindən çox livanlı yaşadığı yerə qayıda bilməyəcək.
“Sərhədə yaxın yerləşən kəndlərdəki bütün evlər Qəzzadakı Rəfah və Beyt Hanun modelinə uyğun olaraq dağıdılacaq. Burada məqsəd sərhədə yaxın yerlərdən gələn təhdidlərin birdəfəlik aradan qaldırılmasıdır”, - Katz vurğulayıb.
Qeyd edək ki, İsrail Livanda Hizbullaha qarşı quru əməliyyatları aparır.
.
