“Barselona” klubunun texniki katibi Ramon Planes komandanın kapitanı Lionel Messi ətrafında yaranan vəziyyəti şərh edib.
Sports.ru xəbər verir ki, klub nümayəndəsi “Barselona”nın gələcəyini L.Messi ilə birgə qurmaq istədiklərini dilə gətirib.
“Onun klubu tərk etmək ehtimalını nəzərdən keçirmirik və Messiyə böyük hörmətlə yanaşırıq. Gələcəyə ümidlərlə baxırıq və əminəm ki, sevdiyimiz “Barselona”nı qurmağa hazır olan çox sayda gənc oyunçumuz var”, - deyə R.Planes qeyd edib.
Klubun səlahiyyətli nümayəndəsi onu da əlavə edib ki, Messi və “Barselona” arasında mübahisə yaradıla bilməz, çünki nə o, nə də klub buna layiq deyil.
.