
İspaniyanın Kataloniya muxtar vilayətinin başçısı Artur Mas və vilayət parlamentinin 4 qrupunun nümayəndələri noyabrın 9-da müstəqillik haqqında referendum keçirmək barədə qərar qəbul ediblər.
"RİA Novosti"nin verdiyi məlumata görə, Kataloniyanın müstəqilliyi haqqında referendum İspaniya Konstitusiya Məhkəməsinin qərarına rəğmən keçiriləcək.
Belə ki, Konstitusiya Məhkəməsi 9 noyabr referendumu haqqında sorğular və qərarlar üzrə qanunun fəaliyyətini dayandırıb.
Referendum tərəfdarları Konstitusiya Məhkəməsindən qanunun fəaliyyətinin dayandırılmasını ləğv etməyi tələb ediblər ("Trend").
.