
Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində mitinqlər başlayb. İnsanlar Fransanın "Şarli Hebdo" qəzetində Məhəmməd peyğəmbərin karikaturalarının nəşrinə etiraz edirlər.
Marş şəhərin Minutka meydanından başlayıb. Nümayiş iştirakçıları "Çeçenistanın ürəyi" məscidinə doğru irəliləyiblər. Burada cəmaat namazı qılınacaq.
Məscidin divarlarında "Biz Məhəmməd peyğəmbəri sevirik" şüarları asılıb.
Aksiya Çeçenistanın ruhani idarəsi tərəfindən təşkil edilib.(milli.az)
.