Kanal D-nin reytinqli serialı olan "Hayat şarkısı" ikinci mövsümə başlayır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Burcu Biricik və Birkan Sokullunun baş rollarda çəkildiyi ekran işinin tanıtım videosu maraqla qarşılanıb. Su altında edilən çəkilişlərdə Gökselin "Acıyor" mahnısı səsləndirilib.
 
Tanıtım videosunun hazırlığına iki ay sərf olunub. 10 peşəkar üzgücünün köməyi ilə çəkilən treyler ən son texnologiyanın köməyi ilə ekranlaşdırılıb.

Serial sentyabrın 20-də yeni seriyası ilə tamaşaçıların görüşünə gələcək.

 .