Kanadada məsciddə silahlı insident baş verib.
 
Reuters agentliyinin   verdiyi xəbərə görə, hadisə Kvebek şəhərində qeydə alınıb.
 
İlkin məlumata əsasən, üç silahlının açdığı atəş nəticəsində 5 nəfər ölüb. 
 
Hadisə baş verdikdə məsciddə 40-a yaxın dindar olub. Polis tərəfindən 2 nəfər şübhəlinin saxlanıldığı bildirilir.
 
 İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.
.