
Kanada və Meksikanın hakimiyyət orqanları mallarına rüsum tətbiq edən Amerika lideri Donald Trampa oxşar tədbirlərlə cavab verib.
Bu barədə “The New York Post” məlumat yayıb.
“Dərhal əks reaksiya oldu: Meksika və Kanada öz tarifləri ilə cavab veriblər”, - məlumatda deyilir.
Nəşr qeyd edir ki, ABŞ vətəndaşları meyvə, ət, benzin, avtomobil və elektronikanın bahalaşması ilə üzləşə bilər.
.