Kanada və ABŞ Avropa üçün Rusiya neftindən imtinanın çətin olacağını deyib.

“Gazeta.ru” xəbər verir ki, bu barədə Kanada Maliyyə Nazirliyinin rəhbəri Kristia Friland mətbuat konfransında bildirib.

“Biz başa düşürük ki, avropalı tərəfdaşlarımızın Rusiya neftinin tədarükündən imtina etməsi ilə bağlı vəziyyət daha çətindir. Bu baxımdan biz tərəfdaşlarımızla bu məsələni müzakirə etməkdə davam edirik”,- deyə bildirilib.

Daha əvvəl qeyd olunub ki, Kanada və Almaniya “Şimal axını” qaz kəməri üçün avadanlıqla bağlı danışıqlar aparır və bu danışıqlar zamanı ölkələr problemin həlli yolunu tapmağa çalışır.

Bundan əvvəl, elə həmin gün Kanadanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi Almaniyanın Kanada hökuməti ilə Siemens qaz turbinlərinin tədarükü məsələsini müzakirə etdiyini açıqlamışdı.
 

.