Kanada Ukraynaya ağır artilleriya silahları göndərəcək.

Bu barədə Baş nazir Castin Trüdo keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, qərar Ukrayna Prezidenti Volodimir Zelenski hökumətinin xüsusi müraciəti əsasında qəbul edilib.

“Onların Kanadaya ən son müraciəti ağır artilleriya yardımı göstərilməsidir, çünki müharibənin hazırkı fazası budur. Kanada Ukraynaya ağır artilleriya göndərəcək, detallar qarşıdakı həftələr ərzində açıqlanacaq”, - deyə Trüdo bildirib.

Kanada ordusunun əsas artilleriya silahının 155 mm-lik M777 haubitsaları olduğu bildirilir. Onlardan 30-u 2005-ci ildən sonra ABŞ-dan əldə edilib.

.