Kanada hökuməti Ukrayanın dövlət rəsmilərinə ölkə ərazisinə daxil olmaqla bağlı sanksiya tətbiq edib. Bu barədə ictimaiyyətə "CBC News" portalı məlumat yayıb. Məlumatda bildirilir ki, dövlət rəsmilərinə tətbiq edilən qadağa Ukraynada narazı kütlə ilə polis əməkdaşları arasında gedən qarşıdurmalarla əlaqədardır.
Kanadanın miqrasiya naziri Kris Aleksander mövzu ilə bağlı bildirib ki, Ukrayanın əsas hökumət rəsmilərinin ölkə ərazisinə daxil olmasına məhdudiyyətlər qoyulub.
.
