Baş nazir Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putindən Tehrana İsrailin İrana hücum etmək niyyətində olmadığı mesajını çatdırmağı xahiş edib.
Bu barədə "Kan" dövlət teleradio şirkəti diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu tələbi İsrailin Baş naziri Rusiya Prezidenti ilə son telefon danışıqları zamanı səsləndirib. Netanyahu İranın İsrailin hücumunun qarşısını almaq üçün İsrailə qabaqcadan hücum edə biləcəyindən qorxaraq Putindən bu mesajı Tehrana çatdırmasını istəyib.
Eyni zamanda, dövlət televiziyası qeyd edib ki, Benyamin yanvarın 5-də Knessetdə (parlament) çıxış edərək bəyan edib ki, İsrail Tehrana siqnal göndərib ki, yəhudi dövlətinə hücum olarsa, bunun İran üçün nəticələri "ağır" olacaq.
Sujetdə deyilir ki, İsrailin siyasi dairələrinin və təhlükəsizlik orqanlarının nümayəndələri son vaxtlar müxtəlif təhlükəsizlik məsələləri, o cümlədən İran problemi ilə bağlı müzakirələr aparıblar.
Kremlin saytında yer alan məlumata görə, Putin və Netanyahu arasında son telefon danışığı 2025-ci il noyabrın 15-də baş tutub.
.
