“Təəssüf ki, qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər”.
Bunu Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.
"May ayının 26-da iki erməni hərbiçisinin Azərbaycan sərhədini pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşısının alınması, digər tərəfdən iyunun 15-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmağımızı zəruri edir", - Baş prokuror vurğulayıb.
.