Sakit okeanın Kamçatka sahillərində 5,9 bal gücündə zəlzələ olub.
Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının saytında bildirilir.
Zəlzələnin episentri Nikolsk kəndindən (Berinq və Komandor adaları) 28 kilometr və Petropavlovsk-Kamçatkadan 510 kilometr məsafədə yerləşib. Zəlzələ ocağı 33 kilometr dərinlikdə olub.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
.
