Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - assosiasiyanın rəhbərlik etdiyi mexanizmlər vasitəsilə blok ölkələrinin xarici tərəfdaşlarla dialoq və əməkdaşlığının əsas hərəkətverici qüvvəsidir.

TASS xəbər verir ki, bunu bazar günü Kambocanın baş naziri Hun Sen noyabrın 8-dən 13-dək ASEAN-ın Pnompendə keçirilən 40-cı və 41-ci sammitlərinin, eləcə də əlaqədar tədbirlərin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.

“Son günlər ümumilikdə 16 yüksək səviyyəli görüş keçirilib və biz xarici tərəfdaşlarla əlaqələrimizdə ASEAN-ın mərkəziliyini və dəyərlərini gücləndirmək istiqamətində irəliləyiş yolları ilə bağlı hərtərəfli və səmərəli dialoqa nail olduq. Özü də dünyada mürəkkəb regional və beynəlxalq hadisələrin sürətlə üzləşdiyi bir vaxtda” - Kamboca hökumətinin başçısı bildirib.

O, eyni zamanda bunları da söyləyib: "Biz əlaqələrimizi davam etdirmək və gücləndirmək üçün ASEAN icmasının qurulması və dialoq üzrə tərəfdaşlarımızla əməkdaşlığın tənzimlənməsi mövzusunu əhatə edən 70 yekun sənəd və bəyannaməni təsdiqləmişik".

.