
Avropa İttifaqı (Aİ) Ukrayna Prezidenti Volodimir Zelenskinin seçki keçirməkdən imtina etməsini dəstəkləyir.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.
Onun fikrincə, hərbi əməliyyatlar zamanı seçkilər keçirməyə ehtiyac yoxdur.
"Biz seçkilərdə bir-birimizlə mübarizə aparırıq, Ukraynada isə vəziyyət belədir ki, xarici düşmən var və bütün qüvvələr ona qarşı yönəldilməlidir", - Kallas qeyd edib.
Avropa diplomatiyasının rəhbəri hesab edir ki, ABŞ Prezidenti Donald Trampın açıqlamalarında Rusiya narrativləri çox geniş şəkildə yer alır.
.