Suriyada həm ümid, həm də çətinliklər mövcuddur.

Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas "X" sosial şəbəkəsində paylaşım edib.

Kallas bildirib ki, Əsəd rejiminin süqutundan sonra Suriyadakı keçid dövrü ilə bağlı müzakirələr üçün bu gün Ər-Riyadda Körfəz ölkələri, Orta Şərq və Avropadan olan Xarici İşlər Nazirləri ilə bir araya gələcək.

"Bu gün Suriyadan Həsən əl-Şibani də burada iştirak edir. Biz sanksiyaların yumşaldılmasını müzakirə edəcəyik. Lakin bu, yalnız Suriyanın müxtəlifliyini əks etdirən siyasi keçidlə bağlı real irəliləyişlərdən sonra mümkün olmalıdır," – deyə Kallas vurğulayıb.

O əlavə edib ki, Avropa İttifaqı bu keçid prosesində lazım olan hər yerdə kömək etməyə hazırdır.

.