Çeçenistan rəhbəri Ramzan Kadırov azərbaycanlı döyüşçü Zabit Səmədovu Pol Slavinski üzərindəki qələbə münasibətilə təbrik edib və minnətdarlıq kimi ona "Mersedes” markalı avtomobil hədiyyə edib.
Oxu.az xəbər verir ki, Zabit yeni maşının fotosunu İnstaqramm səhifəsində paylaşaraq "Hədiyyələrə görə sağ ol, qardaş” yazıb.
Qeyd edək ki, "Mersedes S-class” markalı avtomobilin son buraxılışının orta qiyməti 150 min dollardır.

