Fransız jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsinə etiraz olaraq yanvarın 19-da Qroznıda xalq yürüşü keçiriləcək.
Bu barədə Çeçenistan Prezidenti Ramzan Kadırov öz Facebook səhifəsində bildirib. Yürüşdə yarım milyon insanın iştirak edəcəyini qeyd edən Kadırov, Peyğəmbərin təhqir edilməsinə imkan verməyəcəklərini bildirib.
"Biz gündə yüz dəfə dua edirik ki, peyğəmbərimiz Allahın hüzurunda bizə duaçı olsun. Fransız jurnalının müəlliflərinin və buna onları təhrik edən güclərin əxlaqsız hərəkətlərinə öz açıq münasibətimizi söyləməyin vaxtı çatıb. Biz bütün dinlərə hörmətlə yanaşırıq. Amma heç kəsə bizim Peyğəmbərimizi təhqir etməyə icazə verməyəcəyik. Kim bunu etməyə çalışsa, bizim düşmənimizdir və onların vəhhabilərdən və digər ekstremistlərdən fərqi yoxdur!”, - Kadırov yazıb.(publika.az)
.