Kabul hava limanı yaxınlığında törədilən partlayışlar nəticəsində ölən 103 nəfərdən azı 28 nəfəri “Taliban” üzvüdür.

Bu barədə Reuters “Taliban”a istinadən məlumat yayıb.

Bildirilib ki, “Taliban”ın itkiləri amerikalılardan daha çox olub.

Xatırladaq ki, avqustun 26-da Kabuldə 6 partlayış baş verib. Son məlumatlara görə, hadisə zamanı ümumilikdə 13 ABŞ hərbçisi də daxil olmaqla ,103 nəfər həyatını itirib.

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” rəhbərliyi hadisəni şiddətlə qınayıb, günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.
 

.