Əfqanıstanın paytaxtı Kabil şəhərində xarici vətəndaşlara qarşı terorr aktı həyata keçirilib. "Livan" adlı restoranın ətrafında partlayış törədən Taliban silahlıları, ardınca məkana daxil olaraq xarici vətəndaşları qətlə yetirib.
Avtomat silahldan açılan atəş nəticəsində 13-ü digər ölkələrin vətədaşı olmaqla 21 nəfər dünyasını dəyişib. Həyatını itirənlər arasında BMT-nin 3 və Beynəlxalq Valyuta Fondunun isə bir əməkdaşı da var. Yerli polis terror aktını törədənləri hadisə yerində zərərsizləşdirib.
.
