
Əfqanıstanın paytaxtı Kabil şəhərində Şəhərsalma və Mənzil Tikintisi Nazirliyinin binası qarşısında terrorçu-kamikadze partlayış törədib, bir nəfər ölüb, üç nəfər yaralanıb.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLO News” telekanalına nazirliyin nümayəndəsi Məhəmməd Kamal Əfqan məlumat verib.
O, partlayış faktını təsdiqləyib və qeyd edib ki, hadisə "terrorçunun darvaza qarşısında mühafizəçilər tərəfindən zərərsizləşdirilməsindən" sonra baş verib.
.