İŞİD terror qruplaşmasının döyüşçülərindən ibarət qrup Əfqanıstanın paytaxtı Kabilin rayonlarından birində baş verən silahlı toqquşmanın gedişatında zərərsizləşdirilib.

Bu barədə “Taliban” hərəkatındakı mənbə “RİA Novosti” agentliyinə bildirib.

"İŞİD döyüşçülərindən ibarət qrup Xair-Xan rayonunda məhv edilib", - mənbə deyib.

Şahid agentliyə bildirib ki, Kabilin 17-ci dairəsinin ərazisində adi və ağır silahlardan atəş səsləri eşidilib. Məhv edilən terrorçuların sayı açıqlanmır. 

.