Əfqanıstanın Həmid Kərzai adına beynəlxalq hava limanından mülki kommersiya uçuşları dayandırılıb.

"TOLO News"  verdiyi xəbərə görə, bu barədə hava limanının rəhbərliyi açıqlama yayıb.

Rəhbərlik insanları hava limanına getməkdən çəkinməyə çağırıb.

Qeyd edək ki, avqustun 15-də "Taliban" paytaxt Kabilə daxil olub. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.

.