Bu gün bir qrup jurnalist Bakı Şəhər Prokurorluğunun qarşısına toplaşıb.
Onlar avqustun 8-də döyülüb öldürülən jurnalist Rasim Əliyevin ölüm işi üzrə istintaqın gedişatı ilə bağlı narazılıqlarını bildiriblər.
Jurnalistləri Bakı şəhər prokuroru Əziz Seyidov qəbul edib.
Media təmsilçiləri jurnalist Rasim Əliyevin müalicəsi zamanı səhlənkarlığa yol verən həkimlərin məsuliyyətə cəlb olunması ilə bağlı da Bakı prokuroruna müraciət ediblər.
Jurnalistlər həmçinin istintaqın ədalətli aparılmasını, günahkarların layiqli cəzalarını almasını istədiklərini bildiriblər.
.