Meydan TV media qurumu ilə əməklaşlıq edən jurnalist Şirin Abbasovla sentyabrın 16-ı günorta saatlarından əlaqə kəsilib.

Onun telefonuna zəng catmır. Rayonda yaşayan valideynlərinin də jurnalist barədə məlumatı yoxdur. Həmkarları narahatdırlar ki, o polis orqanları tərəfindən saxlanılıb. Onlar Abbasovun yoxa cıxması barəsində DİN-nin 102 xidmətinə məlumat versələr də, hələ bir nəticə yoxdur.
Xatırladaq ki, Meydan TV media qurumu ilə əməklaşlıq edən digər jurnalist Aytac Əhmədova cərşənbə günü polis tərəfindən saxlanılaraq 5 saat sonra sərbəst buraxılıb.("Turan")



.