Çərşənbə günü saat 16 radələrində Meydan TV ilə əməkdaşlıq edən Aytac Əhmədova və bu media qurumunun daha bir praktikantı saxlanılıb və DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (BMCMİ) aparılıblar. Bu barədə Turan-a Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərdən biri bildirib.
Qızlar alış-veriş üçün küçəyə çıxdıqları zaman saxlanılıblar. Hələlik DİN-dən şərh almaq mümkün olmayıb.
Qeyri-rəsmi məlumatlara görə saxlanmaya səbəb facebook-dakı status ola bilər.
.