Dəstəgül Zamanlı avtomobil qəzasında həlak olduLənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gün Ələt-Astara magistralının Liman şəhəri ərazisində qeydə alınıb. Xırdalan şəhər sakini 57 yaşlı Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub.
Dəstəgül Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Qəzanı törədən sürücü isə hadisə yerindən qaçıb. Amma hadisə yerinin müayinəsi zamanı yerdə "VAZ-21099" markalı avtomaşına aid yan güzgünün qalıqları aşkar edildiyindən bu istiqamətdə əməliyyat tapşırığı verilib. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, qəzanı törətməkdə şübhəli bilinən şəxs Masallı rayonunun Musakücə kənd sakini, 59 yaşlı Bağır Həsənovdur.
O, Baş Dövlət Yol Polisi İdarəsininin Yol-Patrul Xidməti Alayının 11-ci taqımının əməkdaşları saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Məlumat üçün dəyək ki, mərhum Dəstəgül Şəmiyeva Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olub, Zamanlı təxəllüsü ilə dövrü mətbuatda tez-tez çıxışlar edirdi.
Allah rəhmət eləsin.
