İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinin sükanı arxasına keçməkdən imtina edib.
"Jurnal de Noticias" nəşri xəbər verir ki, 59 yaşlı mütəxəssis fəaliyyətini klub səviyyəsində davam etdirmək istədiyi üçün bu addımı atıb.
Portuqaliyalı baş məşqçinin "canavarlar"la 2024-cü ilin yayınadək müqaviləsi var. O, sözləşmənin sonunadək paytaxt təmsilçisində qalmaq niyyətindədir.
Beləliklə, 2011-ci ildən U-21 yığmasının sükanı arxasında olan Rui Xorxenin müvəqqəti olaraq əsas komandaya rəhbərlik etmək ehtimalı yüksəkdir.
.