Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu məhkəməyə verib.
Rusiya KİV-ləri xəbər verir ki, Moskva Şəhər Məhkəməsinin qeydə aldığı iddia ərizəsi şərəf və ləyaqətin alçaldılması kateqoriyasına daxildir.
"Moskovskiy komsomolets” qəzetinin məlumatına görə, Jirinovskinin sovet liderini məhkəməyə verməsinə səbəb Qorbaçovun "Kremldən sonra” kitabında onun haqqında yazdıqları olub.
Kitabda təhqir olunduğunu iddia edən Jirinovski 1 milyon rubl təzminat tələb edir.
Xatırladaq ki, "Kremldən sonra” kitabı 2014-cü ildə çap olunub. Qorbaçov kitabrında SSRİ-nin dağılmasından keçən 20 ili şərh edir və bir neçə yerdə Jirinovski barədə fikirlərini bölüşür (modern.az).
.