Türkiyənin İzmir vilayətində meşə yanğınları güclü küləyin təsiri ilə yaşayış evlərinə keçib.

Yenizaman "TRT Haber"ə istinadən xəbər verir ki, 16 ev yanıb, 87 ev boşaldılıb, 44 iş yerində təxliyə aparılıb.

İnsan itkisi qeydə alınmasa da, yaşayış evlərinə ciddi ziyan dəyib.

Hazırda vilayətdə 5 təyyarə, 15 helikopter və çoxlu sayda texnika yanğınla mübarizə aparır. Yanğının baş verdiyi əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı hadisə yerindədir.

.