Türkiyənin İzmir şəhərində meşədə başlayan və yaşayış yerlərinə yayılan yanğın nəticəsində 30 ev yanıb.

Bu barədə Türkiyə KİV- i məlumat yayıb.

Bayraklı rayonun bələdiyyə sədri İrfan Önal məsələ ilə bağlı açıqlama verərək vətəndaşlardan evlərini tərk etmələrini xahiş edib.

Onun sözlərinə görə, bir kənd və bəzi evlər artıq təxliyə edilib.

.