İyunun 8-dən 18-nə qədər magistratura səviyyəsi üzrə ixtisas seçimi aparılacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ixtisaslara aid jurnal yəqin bu həftəsonuna hazır olacaq. Qabiliyyət tələb edən ixtisaslar varsa, qeydiyyatdan keçmək lazım olacaq.

Bu gündən ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların ərizə qəbulu başlayır 

Bu gündən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbuluna başlanılır.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, subbakalavrlar DİM-ə müraciət edir, Mərkəz isə onlarla bağlı məlumatı və qiymətləndirməni əldə etmək üçün orta ixtisas məktəbinə sorğu göndərir: “Onlar ərizə verib imtahanda da iştirak edə bilərlər. Çünki imtahansız qəbul üçün minimal 200 balla müsabiqədə iştirak edirlər. Amma abituriyent kimi imtahanda iştirak edəndə daha yüksək bal toplaya bilərlər. Müəyyən subbakalavrlar hər ikisində iştirak edir”.

.