Quba rayonunda 48 yaşlı Hafiz Şirinovun intiharının bəzi təfərrüatları məlum olub.

Rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, rayon sakini, 1968-ci il təvəllüdlü Hafiz Şirinov oktyabrın 13-dən itkin düşübmüş: "Ailə üzvləri onu axtarıb, amma tapa bilməyib. Oktyabrın 19-da isə Hafiz Şirinovun alma bağında meyiti aşkarlanıb. Meyit alma ağacından asılı vəziyyətdə olub”. 

Prokurorluqdan bildirilib ki, H.Şirinov ailəlidir. 

Qeyd edək ki, Quba rayonunda intihar hadisəsi baş verib. Rayon sakini, 1968-ci il təvəllüdlü Hafiz Şirinov yaşadığı evdə özünü asıb. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
.