Xəzər dənizinin Neftçala sahilində naməlum kişi meyitinin tapıldığı barədə məlumat yayılıb.

 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, meyit Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb. 
 

Teleqraf.com-un əldə etdiyi məlumata görə, tapılan meyit 15 dekabr səhər saat 05:00 radələrində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşmüş neftçilərdən birinin meyitidir. 


Tapılan meyitin şəxsiyyətinin müəyyənləşməsi üçün itkin düşən neftçilərin ailə üzvləri də dəvət olunub. O da qeyd edilib ki,hələlik həmin meyitin kimə məxsus olduğu bilinmir.

 

Xatırladaq ki, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşənlərdən birinin meyiti tapılıb.


Məsələ ilə bağlı Teleqraf.com-un sualını cavablandıran SOCAR mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev onlarda belə məlumatın olmadığını deyib.

 

Yaxın vaxtlarda Axtarış-xilasetmə Qərargahının rəsmi açıqlama verəcəyi gözlənilir.  

.