Ötən gün axşam saatlarında evdən gedən 11 yaşlı 200 nömrəli orta məktəbin 5-ci sinif şagirdi Ağamir Nəcəfli tapılıb.
Bu barədə AzNews.az-a məlumat verən Ağamirin anası Elnarə Məmmədova hazırda oğlu ilə birgə polis bölməsində olduqlarını deyib:
"Ağamir dostugildə gecələyib. Özü bu gün çıxıb, gəlib. Hazırda həyat yoldaşım polis şöbəsindədir, uşaq da mənim yanımdadır."
Ağamir Nəcəfi dünən günorta saatlarında valideynləri tərəfindən danlandıqdan sonra evdən getmişdi.
.
