İtaliyanın xarici işlər naziri Luigi Di Mayo “Taliban” hərəkatının Əfqanıstanın müvəqqəti hökumətini qurmasını beynəlxalq ictimaiyyət üçün pis siqnal adlandırıb.

Nazirin müvafiq bəyanatı yerli “La7 TV” telekanalının efirində yayımlanıb.

Siracuddin Haqqani ilə birlikdə qurulan hökumət beynəlxalq ictimaiyyət üçün çox pis siqnal olduğu açıq və aydındır. Bunlar BMT-nin sanksiyalar siyahısında olan, Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən axtarılan bir şəxslərdir”, deyə nazir vurğulayıb.

Qeyd edək ki, İtaliyanın XİN başçısı Pakistan da daxil olmaqla, Asiya bölgəsi üzrə səfərdən qayıdıb.
 

.