Futbol üzrə Fransa və İtaliya yığma komandaları arasında yoxlama oyunu keçiriləcək.
"Report” xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
Görüş iyunun 1-də Nitse şəhərində baş tutacaq.
Komandalar indiyə qədər 38 dəfə qarşılaşıblar. Bu görüşlərin 18-də italiyalılar, 10-da isə fransalılar qələbə qazanıblar, 10 matç heç-heçə yekunlaşıb.
Fransa yığması 2018-ci ildə Rusiyada keçiriləcək mundiala vəsiqə qazansa da, İtaliya İsveçlə mübarizədə uduzaraq son 52 ildə ilk dəfə olaraq turnirdən kənarda qalıb.
.