
İtaliya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir.
Bunu İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında bildirib.
İtaliya Prezidenti deyib ki, iki ölkə arasında münasibətləri yüksək qiymətləndirirlər: “İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı sahəsində müsbət mövqeyini ortaya qoyur. İki ölkə arasında münasibətlərin inkişafı üçün yeni addımlar atacağımıza inanıram. Sabah Prezident İlham Əliyevlə İtaliya-Azərbaycan Universitetinin açılışında iştirak edəcəyimizdən çox məmnunam”.
.