"Allaha fanatik inam hissi ilə yoğrulan terrorçuluğun hədəfi Aralıq dəniz bölgəsində, Yaxın Şərqdə və Afrikada üçüncü dünya müharibəsini başlamağa yönəlib. Bizim borcumuz bunu dayandırmaqdır".
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İtaliya prezidenti Serco Mattarella 35-ci "Rimini görüşü"nün açılışındakı çıxışında bildirib. Bu tədbirə dünyanın tanınmış din xadimləri, siyasətçiləri və iş adamları toplaşıblar. Toplantı İtaliyanın Rimini şəhərində keçirilir.
S.Mattarella bu prosesin qarşısının alınmasında üzrələrinə düşən öhdəlikləri sadalayıb: "Bura nifrətin aradan qaldırılması, etimad qazanmaq, dünyanın gücünün üstünlüyünü nümayiş etdirmək daxildir. Bunun qarşısının alınmasında Avropanın üzərinə böyük məsuliyyət düşür. Ona görə də tək Allahlı dinlə danışıqlar bizim monoteist və plüralist cəmiyyətimizi inkişaf etdirə bilər. Populist və milliyyətçi hərəkatların dirçəlməsini kənardan müşahidə etməyimiz yetər".
.
