Yenizaman.az-nın xəbərinə görə, bu barədə "İl Sole-24 Ore”nin İtaliya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumatda bildirilir.  
 Təyyərələr əməliyyat keçirilən bölgəyə noyabrın sonlarınadək göndəriləcək, lakin uçuşlar Küveytdəki bazadan həyata keçiriləcək. Onlardan əsasən kəşfiyyat məqsədilə istifadə olunacaq.
 Qeyd edək ki, təyyarələrin İraqa göndərilməsi haqda qərarı İtaliya Müdafiə Nazirliyi parlamentin icazəsi olmadan qəbul edib. Hazırda İraqda 280 nəfər italiyalı təlimçi fəaliyyət göstərir. 
.